14.2 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Həmin taksidəki qadın danışdı – “Bir də gördüm ki…”

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.

Sfera.az-ın məlumatına görə, qəza zamanı avtomobildə olan sərnişin Sevda Həşimova “Günə son” verilişinə açıqlamasında bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov qeyri-adekvat hərəkətlər edib.

Onun sözlərinə görə, proqram vasitəsilə taksi sifariş edib. A. Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb:

“Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və ayağını da qaza basdı. Hələ çox getməmişdik, körpüyə çatanda bir də gördüm ki, uçuram”.

Ətraflı süjeti təqdim edirik:


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN