18.4 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Əhaliyə PİS XƏBƏR: Qiymətlər kəskin artacaq, bundan sonra…

Dövlət Statistika Komitəsi “İstehlak bazarında qiymətlərin dəyişməsi haqqında” məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2024-cü ilin mart ayına nisbətən 5,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,5 faiz, qeyri-qida məhsulları üzrə 2,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,5 faiz artıb. 2025-ci ilin mart ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,6 faiz, yanvar-mart aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz yüksəlib. 

 

İqtisadçı-ekspert Natiq Cəfərli “Referans”-a açıqlamasında inflyasiya artımının Azərbaycanda qiymətlərə necə təsir edəcəyindən danışıb.

“Azərbaycanda qiymət artımının obyektiv və subyektiv səbəbləri var. Ərzaq inflyasiyasının rəsmi rəqəmlərdə də artmasını gündəlik həyatımızda hər gün müşahidə edirik. Hətta gündəlik həyatımızda hiss edilən qiymət artımı rəsmi inflyasiya rəqəmindən daha yüksəkdir. Rəsmi inflyasiyada bir çox mal və xidmətlərin qiymət dəyişimi nəzərə alınır lakin əhali təxminən 30 adda gündəlik tələbat məhsullarının alış-verişini daha çox həyata keçirir ki, onların qiymətləri daha çox artır”.

Ekspert bildirib ki, ölkədə qiymət artımının obyektiv səbəbi mövsümlə əlaqədardır.

“Azərbaycan həmişə təxminən yanvar ayından başlayaraq may ayına qədər yerli məhsulların bazardan çıxması kənd təsərrüfatı sahəsində əsasən qiymətlərin artımına səbəb olur. Sonrakı dövrdə isə müəyyən sabitləşmə, balanslaşma müşahidə edirik. Bunun subyektiv səbəbi isə idxaldan çox asılı olmağımızdır. Xaricdə baş verən qiymət dəyişiklikləri bizə təsir göstərir. Azərbaycanda istehsalı artıra bilmirik və rəqabətli mühitlə bağlı problemlər çoxdur. Bütün bunlar qiymət artımında rol oynayan əsas amillərdəndir”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN