18.4 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Bu ixtisaslar üzrə ballar artacaq – Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ

Ötən il ali məktəblərə qəbul üçün 31 minə yaxın subbakalavr sənəd qəbulunda iştirak edib. Bu il isə sayın artacağı gözlənildiyindən qəbul ballarında artım ola bilər.

Gundem.az bildirir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, bu il ali təhsil müəssisələrinə qəbul üçün 124 339 abituriyent sənəd verib. Ötən il isə bu rəqəm 110 354 idi.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, abituriyentlərlə yanaşı, subbakalavrlar və əvvəlki ilin məzunlarının da sayının artacağı gözlənilir. Bu isə öz növbəsində bəzi ixtisaslarda rəqabətin güclü olacağı ilə nəticələnəcək.

Təhsil eksperti Rizvan Fikrətoğlu bildirir ki, ötənilki kimi bu il də bəzi prestijli ixtisaslarda balların artacağı gözlənilir. Xüsusilə də bal artımı 1-ci və 3-cü qrupun ixtisaslarında üstünlük təşkil edəcək.

Qeyd edək ki, bu il həm də 1-ci ixtisas qrupu üzrə Data analitikası, Qida texnologiyaları, Kənd təsərrüfatı texnologiyaları, Proqram təminatı mühəndisliyi, Riyaziyyat və fizika müəllimliyi, 3-cü ixtisas qrupu üzrə Xüsusi pedaqogika, 4-cü ixtisas qrupu üzrə isə Qidalanma və diyetologiya kimi yeni ixtisaslar yaradılıb.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN