“Nüşabə xanım mənə elə bir qız məsləhət görmüşdü ki…” ŞOK AÇIQLAMA

0
107

Nüşabə Ələsgərli “El canlı” verilişində qonaq olub.

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, aktyor Elcan Rəsulov proqramda N.Ələsgərli ilə bağlı maraqlı xatirəsini bölüşüb:

“Bir dəfə Nüşabə xanımın məsləhəti ilə bir nəfərin qızı ilə maraqlandım. Bu işin üstünə ciddi düşmüşdüm. Uzaqdan həmin qıza da baxdım. Dedim ki, deyəsən, Nüşabə xanım bu qızı ərə vermək istəyir, mən də elə bilirəm qayğıma qalır”.

Əməkdar artist onun sözünü kəsərək bildirib: “Yalan demə, mən sənə pis qız məsləhət görmərəm”.

Elcan deyib: “Yaxşı idi, amma başım nəyəsə qarışdı. Mənim bu vaxta qədər subay qalmağımın səbəbi sadəcə başıaşağı olmağımdır. Başımı qaldırıb bir dəfə də olsun kiməsə baxmıram”.