14.2 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Aysun birinci əri ilə barışıb? – özü açıqladı – VİDEO

Müğənni Aysun İsmayılova TikTok-da onun birinci həyat yoldaşı Eşqin Cəlilovla barışdığını iddia edən səhifələrə xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, bu barədə o, İnstagramda paylaşım edib.

Aysun deyib ki, yalan xəbər yayan səhifələri bağlatdıracaq:

“Tiktokda səhifələr açmış bəzi şərəfsizlər… Bu haqda danışmaq istəmirdim, komanda olaraq şikayətlərimizi göndərmişik, o səhifələrin hamısı bağlanacaq. Şükür etsinlər ki, polisə müraciət etməmişəm.Bu videonu ona görə çəkdim ki, bütün ətrafım mənə zəng edir, deyirlər ki, bu xəbər doğrudurmu? Bir-bir deməkdən yoruldum.

İki dünya bir olsa da, o xəbərlər heç vaxt doğru olmayacaq. Heç bir barışıq olmayacaq. Həyatımdan çıxardığım insanları heç vaxt geri qaytarmıram, keçmişə baxmıram, yalnız gələcəyə baxıram. Bu söhbətlər bağlansın, o səhifələr onsuz da bağlanacaq”. (Bizim.Media)

Milli.Az


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN