19.4 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Türkiyədə qanlı gecə – Qorxunc hadisədə 5 ölü, 5 yaralı var

Sakaryada iki qonşu ailə arasında baş verən silahlı davada 5 nəfər həyatını itirib, 5 nəfər isə yaralanıb. Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.

Ajans.az NTV-yə istinadən xəbər verir ki, bölgəyə çoxlu polis və sağlamlıq qrupu gəlib. Hadisə yerində Yaşar Özyurt, Onur Özyurt və Volkan Yıldızın həyatını itirdiyini müəyyən edilib.

Hadisə zamanı yaralanan 7 nəfər şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. Burada müalicə alan Fahri Yıldız və Özgür Özyurt bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib.

Xəstəxanada müalicəsi davam edən 5 nəfər polis qrupları tərəfindən nəzarətə alınarkən, hadisədən sonra qaçan 4 şübhəli yaxalanaraq nəzarətə alınıb.

Gecəni qana çevirən hadisədə 4 silah ələ keçirilib. Faktla bağlı araşdırmalar davam edir.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN