15.2 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Kəsilən müəllimlərin əmək funksiyasına xitam veriləcək – Nazirlik

ttestasiya prosesi maksimum şəffaf və sahənin peşəkarlarından ibarət komissiyalar tərəfində aparılıb, eyni zamanda, müvafiq videoçəkilişlər qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

“Məlum olduğu kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası keçirilib. Attestasiyanın əsas məqsədi sahə üzrə müəllimlərin peşə, səriştə və bacarıqlarının ölçülməsidir. Komissiyalarda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Konservatoriya nəznində Musiqi Kolleci, Bakı Xoreoqrafiya Akademiyası, digər bədii təhsil ocaqlarından peşəkar mütəxəsislər təmsil olunub”, – açıqlamada bildirilib.

Qeyd olunub ki, komissiyalar tərəfindən hər hansı müəllimin səriştə bacarığı tam yararsız kimi qiymətləndirilibsə, yəni 5 mümkün balldan heç birini yığa bilməyibsə, o zaman həmin müəllimin əmək funksiyasına xitam veriləcək:

“Komissiya üzvləri tərəfindən müsbət göstəriciləri qeyd olunan 2 leyhinə və 3 əleyhinə səs yığmış müəllimlər üçün isə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodik və İxtisasartırma mərkəzində müvafiq təlimlərin təşkili nəzərdə tutulub. Həmin müəllimlər bu təlimləri keçdikdən sonra təkrar attestasiya olunacaq. Onu da qeyd etmək lazımdır ki, attestasiyadan keçə bilməyən müəllimlərin müvafiq sahələr üzrə işə qəbul imtahanlarında iştirak etmək hüquqları saxlanılır. Onlar bu imtahanlarda iştirak edə bilərlər”.

Qeyd edək ki, sosial şəbəkələrdə musiqi, incəsənət məktəb və mərkəzlərində çalışan müəllimlərin bəzilərinin etirazlarını ehtiva edən, habelə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehovun çıxışlarını əsas tutaraq dilə gətirdikləri narazılıqları özündə əks etdirən videolar yayımlanıb. Videoda bildirilir ki, müəllimlər etiraz üçün nazirliyin binasına da üz tutublar. Onların bəziləri prosedurdan və imtahanın təşkil olunmasından narazıdırlar.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN