15.2 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Göndərilən o SMS düz çıxdı – 500 manat verilir – FOTO

“Bəzi sosial şəbəkə səhifələrində vətəndaşa uşağın anadan olmasına görə müavinət təyinatına dair guya saxta SMS göndərilməsi ilə bağlı paylaşılan məlumatlar doğru deyil”.

Referans.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili  deyib. O bildirib ki,
həmin SMS-lər İbrahimov Əli Nəbi oğluna göndərilib.

“Belə ki, o, 2022-ci ildə və 2024-cü ildə doğulan övladlarının hər ikisinə bu ilin mart ayında doğum haqqında şəhadətnamə alıb.

Bundan sonra e-qaydada ona hər iki uşağın doğulmasına görə müavinət (həmin müavinət 2022-ci ildə 300 manat, 2024-cü ildə 500 manat olub) təyin olunub.

Lakin Ə.İbrahimovun adına olan telefon nömrəsini başqa şəxs istifadə etdiyi üçün SMS-i da o oxuyub və mesajın saxta olduğunu düşünərək ictimailəşdirib.

Qeyd edilən müavinət uşağa doğum haqqında şəhadətnamə alındığı anda e-qaydada proaktiv təyin edilərək valideynlərdən birinin adına olan mobil nömrəyə bu barədə bildiriş göndərilir”.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN