25.8 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Yaxın qohumları şəhid olmuş sənətçilər GÖRÜN KİMLƏR İMİŞ – ADLAR

Bu gün Aprel döyüşlərinin başlamasından 9 il ötür. 1 aprel 2016-cı ildə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri arasında Aprel döyüşləri başlayıb. Dördgünlük döyüşlər zamanı düşmən xeyli itki verdi, işğalçı tərəfin çoxlu hərbi texnikası sıradan çıxarıldı.

Eləcə də, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, bu rayonun Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi,  Cocuq Mərcanlı kəndi və Goranboy rayonunun Gülüstan kəndi tamamamilə işğaldan azad olundu.

Təbii ki, aprel döyüşləri itkisiz olmadı, xeyli sayda qəhrəman igidlərimizi şəhid verdik. Ümumilikdə isə son 35 ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə minlərlə qəhrəman övladımız şəhid olub. Onların arasında tanınmış incəsənət adamlarının yaxınları da var.

Bizim.Media yaxın qohumları şəhid olan sənət adamlarının siyahısını təqdim edir:

Aybəniz Haşımova

Əməkdar artist Aybəniz Həşimovanın həyat yoldaşı Xalid Quliyev 29 yaşında şəhid olub. Təhsil Nazirliyi nəzdnində Təcrübə sınaq zavodunun Baş direktoru vəzifəsində işləyən X.Quliyev könüllü olaraq cəbhəyə yollanır və Ağdərədə gedən döyüşlərdə böyük şücaət göstərib. Manikli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Gülüstan Əliyeva

Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov 31 yaşında şəhid olub. Cəbrayıl rayonu Polis İdarəsi Cinayət axtarış şöbəsinin rəisi işləyən Z.Əhmədov könüllü olaraq cəbhəyə yollanıb. Nəinki Cəbrayılda, Qabarağda xüsusi nüfuza malik olan Zahid Əhmədov vicdanlı məmur olaraq ad çıxarıb. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğul yadigarı qalıb. Əməkdar artistin qardaşı da Vətən uğrunda şəhid olub.

Elariz Məmmədoğlu

Müğənni Elariz Məmmədoğlunun qardaşı Birinci Qarabağ savaşında itkin düşüb. Müğənninin bildirdiyinə görə, qardaşı döyüş meydanında qaldığı üçün onu çıxarmaq mümkün olmayıb. İndiyə kimi bunu analarından gizlətdiyini deyən müğənni, atasının oğluna görə 14 il saqqal saxladığını bildirib. Xatırladaq ki, itkin düşən döyüşçülərə də qanunvericiliklə şəhid statusu verilib.

Əli Nur

Xalq artisti Əli Nurun oğlu Rövşən Nuruzadə də şəhidlik zirvəsinə yüksəlib. Peşəkar hərbçi olan Rövşən Nuruzadə vaxtilə Ağdamda “N” saylı hərbi hissədə komandir kimi 10 il xidmət keçib. Sonra ehtiyata buraxılıb. İkinci Qarabağ Savaşı başlayanda könüllü cəbhəyə yollanıb. O, Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşanın azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olub.


Mənsum İbrahimov

Xalq artisti Mənsum İbrahimovun qardaşı oğlu da şəhid olub. O könüllü olaraq 44 günlük müharibədə cəbhəyə yollanıb. 4 rayonun işğaldan azad olunmasında iştirak edib və qanlı döyüşlərin birində şəhid olub.

Nanə Ağamalıyeva

Tanınmış teleaparıcı Nanə Ağamalıyevanın qardaşı da şəhid olub. Bununla bağlı açıqlama verən aparıcı bildirib ki, qardaşı 6 əsgər yoldaşı ilə birgə şəhid olub: “Həmin hadisə bizə çox pis təsir etdi. Qardaşim digər şəhidlər kimi şərəfli ömür yaşadı və biz onunla fəxr edirik”.

Təranə Qumral

Müğənni Təranə Qumralın qardaşı Firdovsi Məmmədov da Birinci Qarabağ Müharibəsində Qarabağda şəhid olub. O, milli ordumuzun ilk şəhidlərindən biridir. Şahidlərin dediyinə görə, qardaşı yoldaşları ilə birlikdə düşmənlə saatlarla davam edən döyüşdə böyük şücaət göstərib və qəhrəmancasına şəhid olub.


Bunlar da sizə maraqlı ola bilər

Cavab yaz

Rəy daxil edin
Adınızı daxil edin

ƏN SON PAYLAŞILAN