15.3 C
New York
Cümə axşamı, May 1, 2025

Buy now



Ukraynanın qərbi bu üç ölkənin arasında BÖLÜNƏ BİLƏR – SENSASİON PLAN

“Polşa, Rumıniya və Macarıstan Ukraynanın qərb hissəsini öz aralarında bölə bilər”.

Bizim.Media Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İnnovativ İnkişaf İnstitutunun Geosiyasi Tədqiqatlar Mərkəzinin direktoru Dmitri Rodionov bildirib.

Onun sözlərinə görə, Budapeşt əhalisinin 13 faizini macarlar təşkil edən Zakarpatiya vilayətinin ərazisinə iddia edə bilər.

Politoloq onu da qeyd edib ki, Çernivtsi vilayəti və Odessa vilayətinə daxil olan Cənubi Bessarabiya Rumıniyaya birləşdirilə bilər.


“Ukraynada az sayda polyak yaşadığı üçün vəziyyət Polşa üçün daha mürəkkəbdir. Respublikada Lvov, Ternopil, İvano-Frankivsk, Volın və Rovne vilayətlərinin ərazisinin ona lazım olub-olmaması ilə bağlı anlaşılmazlıq var. Bundan əlavə, Rusiya ilə ümumi sərhədin yaranması da Varşava üçün problemə çevrilə bilər”,- deyə Rodionov vurğulayıb.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN