Ukrayna-Rusiya müharibəsi bitdikdən sonra yeni müharibələr başlayacaq.
Sfera.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında kliniki psixoloq, ekstrasens Zirəddin Rzayev deyib.
Ekstrasens bildirib ki, Ukrayna ilə bağlı atəşkəs danışıqları davam edəcək:
“Bu il Ukraynada hərbi qarşıdurma dayanacaq. Hətta atəşkəsin elan olunması ehtimalı da var. 2026-2027-ci ildə isə Ukraynanın taleyi həll olunacaq. Sülh sazişi də bağlana bilər. Bundan əlavə deyim ki, İran hazırda birbaşa Amerika və İsrailin marağında olan ən ciddi düşmən dövlətdir. 2026-cı ildə ola bilsin ki, orada da gərginliklər artsın. Ancaq bunun böyük savaşa yol açağı qənaətində deyiləm”.