Ermənistandakı zəlzələ Azərbaycanda da HISS OLUNDU

0
73

Ermənistanın Lori bölgəsində 4,6 bal gücündə zəlzələ olub.

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan qurumları məlumat yayıb.

Məlumata görə, yeraltı təkan yerli vaxtla saat 09:27-də Vanadzor şəhərindən 17 km şimal-qərbdə qeydə alınıb.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib, Ermənistanda baş verən zəlzələ Qars vilayətində də hiss olunub.

Zəlzələ, həmçinin Gürcüstanda və Azərbaycanın qərb rayonlarında da hiss edilib.