14.2 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



5 mart üçün hava proqnozu – RƏSMİ

5 mart üçün hava proqnozu – RƏSMİ
5 mart üçün Bizimshow.az Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə hava proqnozunu təqdim edir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-3° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3-8° isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq.

Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN