19.4 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Özümü Trampın qarşısında qətiyyən günahkar saymıram – Zelenskidən AÇIQLAMA

Mən özümü Donald Trampın qarşısında qətiyyən günahkar saymıram.

Qlobal.net APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Valdimir Zelenski “Foks Nyus” telekanalına müsahibəsində ABŞ lideri Donald Trampla görüşdən sonra ondan üzr istəyib-istəmədiyinə dair sualı cavablandırarkən deyib.

“Hesab edirəm ki, hərdən biz bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etməliyik. Trampla münasibətlərimiz iki prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır”, – Zelenski əlavə edib.

Qeyd edək ki, ABŞ-də səfərdə olan V.Zelenskinin Prezident Donald Tramp və vitse-prezident Venslə görüşü tərəflər arasında sözlü mübahisə ilə yadda qalıb. Zelenski mübahisədən sonra Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin imzalanması təxirə salınıb.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN