Tarixdə unudulmaz ad günü təbrikləri mövcuddur. Bizimshow.az ad günləri ilə bağlı maraqlı tarixi faktları təqdim edir. Əgər ad günü təbrikləri üçün kreativ ideyalar axtarırsınızsa bu məqalə sizə maraqlı fikirlər verəcək.
Ad günü təbrikləri
Uğursuz ad günü təbriki
Napoleon Bonapartın həyat yoldaşı Jozefina ad günündə onu təbrik etmək üçün maraqlı bir addım atır. Onu təbrik etmək üçün bir məktub yazıb göndərir. Lakin təəssüf ki, məktub ona çatanda artıq Napoleon Jozefinanı boşamağı qərara almışdı.
Gecikmiş ad günü açıqçası
2008-ci ildə Kanadada yaşayan bir sakin maraqlı bir ad günü açıqcası alır. Məlum olur ki, həmin açıqca, sən demə, 1915-ci ildə göndərilibmiş. Gecikmənin səbəbi açıqça poçtda itməsi idi. Nəticədə açıqca nə az, nə çox düz 93 il sonra sahibinə çatdırılmışdı.
Hitlerin maraqlı ad günü hədiyyəsi
1944-cü ildə alman zabiti Klauss fon Ştaufenberq Adolf Hitlerə ad günü hədiyyəsi olaraq bombalı çanta təqdim etmişdi. Bu, əslində, uğursuzluqla nəticələnmiş sui-qəsdi idi.
Məşhur ad günü mahnısı
İlk öncə maraqlı bir məlumatı qeyd edək ki, hamımızın bildiyimiz “Happy Birthday” mahnısı rəsmi olaraq dünyanın ən məşhur ad günü təbrik mahnısı sayılır. Bu mahnının bir zamanlar müəllif hüquqları ilə əlaqədar kommersiya məqsədilə istifadə olunması qadağan idi.
İki dəfə doğulan adam
Louis XVII üçün illərlə ad günü qeyd olunurdu. O, Fransanın kralı XVI Louis-in oğlu idi. Lakin təəssüf ki, o həyatda deyildi. Onun qaçdığına inanan monarxistlər hər il ad gününü qeyd edirdilər.
Ad günü təbrikləri ilə bağlı tarixdə maraqlı hadisələr kimi yaddaşa düşmüş faktları sizlərlə paylaşdıq. Bəs sizin gördüyünüz ən maraqlı və yaddaqaln ad günü təbriki hansı olub?