16.1 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Qarlı hava bu vaxtadək davam edəcək- RƏSMİ

Milli Hidrometeorologiya Xidmətinin fevralın 27-si saat 08:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində, eyni zamanda Bakıda və Abşeron yarımadasında qar yağır.

 

Qlobal.net Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 59, Altıağac, Şəkidə 31, Qəbələdə 28, Qubada 25, Xaltanda 20, Zaqatalada 18, Şahdağda 17, Şahbuz və Oğuzda 16, Daşkəsəndə 15, Qobustan, Qusarda 10, Kəlbəcər, Mingəçevir, Şabran və Gədəbəydə 8, Laçın, Qubadlı, Şuşa və Balakəndə 7, Xankəndı, Füzuli, Xocalı, Göyçay, Yevlax, Tərtər, Naftalan, Kürdəmir, Sabirabad, Neftçala, Bərdədə 5, Bakıda və Abşeron yarımadasında isə 12 sm-dir.

 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 2, Naxçıvan MR-da 11, dağlıq rayonlarda 19 dərəcəyədək şaxta qeydə alınıb.

 

Yağıntılar fevralın 27-si gündüz saatlarından tədricən kəsiləcək.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN