18.4 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Əfsanəvi aktyor və arvadı evində ölü tapıldı – DƏHŞƏT

Əfsanəvi aktyor Cin Hekman və həyat yoldaşı Santa Fenin şimal-şərqindəki Santa Fe Summit bölgəsindəki evlərində ölü tapılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Santa Fe dairə şerifi Adan Mendoza məlumat yayıb.

Yerli mediada yayımlanan xəbərlərə görə, ölüm səbəbi barədə məlumat verilməsə də, cinayət ehtimalının olmadığı bildirilib.

Hackman yanvar ayının sonunda 95 yaşına çatmışdı. O, 2004-cü ildə “Welcome to Mooseport” adlı siyasi satirada Monroe “Eagle” Cole obrazını canlandırdıqdan sonra heç bir filmdə rol almamış və daha çox qapalı bir insan kimi tanınmışdı.

Aktor 1967-ci ildə “Bonnie and Clyde” filmində rol aldıqdan sonra ilk dəfə diqqət mərkəzinə düşmüş və “Superman”, “The French Connection” və “Get Shorty” kimi bir neçə sevilən film və serialda çıxış etmişdi.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN