14.8 C
New York
Cümə, Aprel 18, 2025

Buy now



8 mart təbriki üçün 8 fantastik ideya

8 Mart təbriki üçün 8 fantastik ideya ilə Bizimshow.az qarşınızda… Bu məqalədə sizinlə xanımları təbrik etmək üçün möhtəşəm ideyalar paylaşırıq. Sizin üçün hansı ideya daha maraqlı gələrsə rəy yazmağı unutmayın. Hazırsınızsa, başlayaq…

“Gələcəyə məktub”

Sevdiyiniz xanıma (ana, bacı, dost və ya həyat yoldaşı ola bilər) bir məktub yazın və içində ona gələcəkdə çatacaq gözəl arzularınızı qeyd edin. Məsələn: “Bu məktubu oxuyanda ümid edirəm ki, ən çox istədiyin şeylərə çatmısan. Amma bil ki, sən elə bu gün də bizim üçün möcüzəsən!” Məktubu gələcəkdə açması üçün bağlayıb ona hədiyyə edə bilərsiniz.

8 mart təbriki üçün hədiyyəyə gedən yol

Ənənəvi hədiyyələrdən fərqli olaraq, onun üçün kiçik “xəzinə axtarışı” hazırlayın. Evin və ya ofisin müxtəlif yerlərinə ipucları qoyun və sonda ona ən gözəl hədiyyəni tapmağa kömək edin. Hədiyyə nə ola bilər? Sevimli bir kitab, kiçik bir aksesuar, ya da sadəcə ürəkdən yazılmış bir not. Hədiyyə seçimi edərkən onun sevdiyi rənglərdən istifadə etməyi də unutmayın.

Səsli təbrik

Təbrik üçün səsli mesaj və ya hətta kiçik bir “podcast” yazıb ona göndərin. İçində ona minnətdarlıq sözləri, gözəl xatirələr və gələcək üçün ürək sözləriniz olsun. Bunu sosial şəbəkədə paylaşaraq daha da yaddaqalan edə bilərsiniz.

“Mini Film” – Xatirələrlə dolu video

Təbrik edəcəyiniz xanımla bağlı ən gözəl xatirələri toplayaraq kiçik bir video hazırlayın. Videoya uşaqlıq şəkilləri, dostluq xatirələri və maraqlı anları daxil edə bilərsiniz. Üstünə onun sevdiyi musiqini əlavə etsəniz daha da möhtəşəm olacaq.

Gül ilə 8 mart təbriki

Təbrik edəcəyiniz xanımın iş yerinə, oxuduğu universitetə sürpriz gül buketi göndərə bilərsiniz. Həmçinin gül buketi ilə bərabər hədiyyələr də uyğun seçim ola bilər.

Bəs hədiyyə seçimi olaraq nələr almaq olar deyirsinizsə siyahıdan seçə bilərsiniz:
  • Sevdiyi aksesuarı 8 mart Qadınlar Günündə ona hədiyyə edin
  • Almaq istədiyi və ya çox sevdiyi formada geyim hədiyyə edə bilərsiniz
  • Kitab oxumağı sevirsə əla seçim ola bilər
  • Sevdiyi ətiri ona hədiyyə edin
  • Texnologiya həvəskarıdırsa seçiminiz çoxdur – qulaqlıq, telefon qabı və s.

Restoran

8 mart 8 fantastik ideya siyahısında ən maraqlı təbriklərdən biri də sevdiyiniz xanımla restoranda qeyd etməkdir. Bu da 8 mart Qadınlar Günü üçün maraqlı təbrik üsullarından biridir. Onu sürpriz şam, səhər yeməyinə və ya nahar üçün bir restorana apara bilərsiniz. Masanın üzərini gül ləçəkləri ilə bəzəmək də tam yerinə düşər.

Səyahətə çıxın

Elə 8 mart günü və ya başqa uyğun bir gün təyin edib bu münasibətlə hər hansı bir yerə səyahətə çıxın.

Hədiyyə seçimi edərkən unutmayın ki, ala biləcəyiniz hər şey dəyər verdiyiniz xanım üçün hədiyyə olacaq. Onun sevdiyi bir şeylər tapmağa çalışın.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN