19.4 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



26 fevral, 3-cü gün üçün HAVA PROQNOZU

Bizimshow.az Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə 26 fevral üçün hava proqnozunu təqdim edir.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə sulu qar yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 65-75 % olacaq.
Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 18-23° şaxta, gündüz 3-8° şaxta olacaq.

Yolların buz bağlaması davam edəcək.

Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN