19.4 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Qarlı havada avtomobil qəzaları, əslində, NİYƏ BAŞ VERİR? – Qəzadan qaçınmağın 7 YOLU

Qarlı və buzlu hava şəraitində avtomobil idarə etmək xüsusi diqqət və hazırlıq tələb edir.

Bu cür şəraitdə yol-nəqliyyat hadisələrinin artması müşahidə olunur. Bəs bu qəzaların əsas səbəbləri nədir və onların qarşısını necə almaq olar? Bizimshow.az bu barədə məqaləni sizinlə paylaşır.

Qarlı havada qəzaların əsas səbəbləri
  1. Yolun sürüşkənliyi: Qar və buz yollarda sürüşkənlik yaradır, bu da təkərlərin yola tutunma qabiliyyətini azaldır və nəqliyyat vasitəsinin idarəetməsini çətinləşdirir.

  2. Görmə məsafəsinin azalması: Qarlı hava şəraitində qar yağışı və duman görmə məsafəsini məhdudlaşdırır, bu da sürücülərin yol vəziyyətini düzgün qiymətləndirməsini çətinləşdirir.

  3. Uyğun olmayan təkərlər: Qış şinlərinin istifadə edilməməsi və ya köhnəlmiş təkərlər sürüşmə riskini artırır.

  4. Sürət həddinin aşılması: Sürücülərin hava şəraitinə uyğun olmayan yüksək sürətlə hərəkət etməsi tormozlama məsafəsini uzadır və qəza riskini artırır.

  5. Təcrübəsizlik: Qarlı və buzlu yollarda avtomobil idarə etmə təcrübəsi olmayan sürücülər riskli vəziyyətlərə daha çox məruz qalırlar.

Qarlı havada qəzaların qarşısını almaq üçün tövsiyələr
  1. Qış şinlərindən istifadə edin: Havanın +7°C-dən aşağı olduğu şəraitdə qış şinləri istifadə etmək təkərlərin yola tutunma qabiliyyətini artırır və sürüşmə riskini azaldır.

  2. Sürəti azaldın və ara məsafəsini artırın: Sürət həddini aşağı salmaq və digər nəqliyyat vasitələri ilə ən azı iki dəfə daha çox məsafə saxlamaq vacibdir.

  3. Yumşaq idarəetmə texnikaları tətbiq edin: Sükanı ani çevirmək, qəfil tormozlamaq və ya sürəti birdən artırmaq nəqliyyat vasitəsinin nəzarətdən çıxmasına səbəb ola bilər. Mümkün qədər yumşaq sükan idarəsi və tədricən tormozlama tövsiyə olunur.

  4. ABS və ESP sistemlərindən faydalanın: Əgər avtomobilinizdə Antibloklama Sistemi (ABS) və Elektron Stabilizasiya Sistemi (ESP) varsa, bu sistemlər avtomobilin sürüşməsinin qarşısını almağa kömək edir.

  5. Təcrübəsiz sürücülər ehtiyatlı olmalıdır: Qarlı havalarda təcrübəsiz sürücülər avtomobillərdən bacardığı qədər istifadə etməməlidirlər. Normal hava şəraitində sürə bilsələr də, qarda sürmək üçün xüsusi təcrübə lazımdır.

  6. Piyadalar da ehtiyatlı olmalıdır: Qarlı və buzlu yollarda sürüşmə ehtimalını nəzərə alaraq, piyadalar da ehtiyatlı olmalı, yolun hərəkət hissəsinə çıxmamalı və təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər.

  7. Əl əyləcindən az istifadə edin: Mənfi 2-3 dərəcə şaxtada əl əyləclərindən az istifadə edilməlidir, çünki əyləc qəlblərində nəmlik olduğuna görə o, dona bilər və bu da avtomobili hərəkət etdirməyə mane olacaq.

Qarlı hava şəraitində həm sürücülər, həm də piyadalar üçün təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Yuxarıda qeyd olunan tövsiyələrə əməl edərək, yol-nəqliyyat hadisələrinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək mümkündür. Əgər vacib deyilsə imkan daxilində qarlı və buzlu havalarda avtomobillə evdən çıxmayın.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN