14.2 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Azərbaycanda temperatur mənfi 17 dərəcəyə endi – FAKTİKİ HAVA

Fevralın 22-si saat 22:00-a olan faktiki hava açıqlanıb.

Publika.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən hazırda Abşeron yarımadasının bəzi ərazilərinə, eyni zamanda Kəlbəcər, Laçın, Qubadlı, Qax (Sarıbaş), Zaqatala, Ceyrançöl, Tovuz, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Balakən, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astaraya qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 17 dərəcəyədək şaxta qeydə alınıb.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN