23.9 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR: YENİ RƏQƏM

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı News24.az-a açıqlamasında bildirib ki, kişilərlə qadınların pensiya yaşının eyniləşdirilməsi qanunvericiliyə uyğun addımdır və burada hər hansı qanun pozuntusu yoxdur. Lakin pensiya yaşının artırılmasını qeyri-humanist hesab edir:

 

“Kişilərlə qadınların pensiya yaşının eyni olması normaldır. Ancaq bu rəqəm 65 yox, 60-62 yaş olmalıdır. Çünki Azərbaycanda orta ömür müddəti 74-75 ildir. İnsanlar bu şərtlərlə çox qısa müddət pensiya ala bilirlər. Avropada pensiya yaşı 65-dir, amma orada insanların gözlənilən ömür uzunluğu 82-83 ildir. Azərbaycanda isə bu rəqəm xeyli aşağıdır. Əgər pensiya yaşı fərqli təyin ediləcəksə, bu, kişilər üçün daha aşağı olmalıdır, çünki onların orta ömür müddəti qadınlardan azdır.”

 

İqtisadçı həmçinin vurğulayıb ki, əvvəlki pensiya yaşı – 62-63 yaş – daha ideal idi və onun süni şəkildə artırılması vətəndaşların sosial rifahına mənfi təsir göstərəcək.

 

Qeyd edək ki, kişilərin pensiya yaşı artıq 65-ə çatdığı üçün onlarda artım dayanıb. Qadınlar üçün isə hər il 6 aylıq artım 2027-ci ilə qədər davam edəcək və o zaman onların da pensiya yaşı 65-ə çatacaq.

 

Zəhraxanım Şeydayeva


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN