19.4 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



İllərdir axtarılan Hindistanlı milyonerin oğlunun meyiti Zaqatalada tapıldı

İtkin düşmüş Hindistanlı milyonerin oğlunun meyiti Zaqatalada tapılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Zaqatalanın Car kəndinin çətin relyefli dağlıq ərazisində itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın qalıqları polis əməkdaşları tərəfindən tapılıb. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, turistə məxsus olan meyitinin qalıqları və içərisində mobil telefon, bank kartları olan çanta Car kəndinin meşə zolağında aşkarlanıb. 

Tapılan meyit və ona məxsus əşyalar aidiyyəti üzrə təhvil verilib.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN