Azərbaycan bu ölkə ilə quru sərhədləri açır – Aprel ayından etibarən…

0
50

Aprel ayından etibarən Bakı-Tblisi-Bakı qatarı istifadəyə veriləcək.

News24.az bildirir ki, bu barədə hökumətdəki mənbələrdən Gununsesi.info-ya məlum olub.

Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

Məlumata görə, aprel ayından etibarən Bakı-Tblisi-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq.

Sərnişindaşıma İsveçrənin Stdadler qatarları vasitəsilə həyata keçiriləcək.