11.1 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Gecə saatları DƏHŞƏT: Azərbaycanda qatar yandı – Zəhərlənənlər var

Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.

İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü Yaqubov İlqar Mərhəmət oğlu, 1987-ci il təvəllüdlü Həsənov Emin Bəxtiyar oğlu, 1995-ci il təvəllüdlü Əkbərov Əkbər Teymur oğlu və 1972-ci il təvəllüdlü Qədirov Mübariz Xanbaba oğlu tüstüdən zəhərləniblər.

Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN