11.1 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Quru sərhəd açılır? — Azərbaycanla Rusiya arasında qatar reysləri bərpa olunur

Mart ayından etibarən Azərbayan və Rusiya arasında qatarla sərnişindaşıma bərpa olunacaq.

 

Referans.az bildirir ki, bu barədə “Gununsesi.info”-ya məlumatlı mənbələr bildirib. Qeyd olunur ki, hər iki ölkənin müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub.

 

Ötən il dekabrın 25-də Bakıdan Qroznı şəhərinə uçan Azərbaycan Hava Yollarına məxsus “Embrader 190” sərnişin təyyarəsinin Rusiya səmasında HHQ tərəfindən vurulmasından sonra qonşu ölkənin 10-a yaxın hava limanına uçuşlar dayandırılıb.

 

Məlumdur ki, bu hadisədən bir neçə gün sonra gözləntilərin əksinə, Baş nazir Əli Əsədov Azərbaycanda xüsusi karantin rejiminin növbəti dəfə aprelin 1-ə qədər uzadılması haqda qərar verib. Nəticədə Rusiyada çalışan azərbaycanlılar gediş-gəliş problemi ilə üzləşib.

 

Görünür, Rusiya və Azərbaycan hökumətləri arasında qatar vasitəsi ilə sərnişindaşımanın bərpa olunması barədə razılaşma problemin qismən həllinə yönəlib.  


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN