23.9 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



Daim gündəmdə olan oyunçu – O, “Qarabağ”ı görün niyə TƏRK ETDİ

“Adana Demirspor”dan ayrılaraq “Qarabağ”a qayıdan Şahruddin Məhəmmədəliyev Rusiyada müsahibə verib.

Təcrübəli qapıçısı həmyerlimiz Anar İbrahimovun aparıcısı olduğu və internet üzərindən yayımlanan “Topu çıxar” adlı verilişdə qonaq olub.

Məhəmmədəliyev geniş müsahibədə bir sıra maraqlı məqamlara aydınlıq gətirib, səmimi cavablarla diqqət çəkib.

O, ötən yay Azərbaycanın ən uğurlu komandası sayılan “Qarabağ”ı Türkiyənin ortababı “Adana Demirspor”a dəyişməsi ilə bağlı sualı cavablandırıb:

“Həmin vaxt hər şey bir anın içində baş verdi. Ötən mövsüm “Adana Demirspor” Türkiyədə “Top-5”də olan komandalardan sayılırdı, yaxşı heyətə malik idi.

Dəvət gəldi, mən də yaxşı şans, uyğun vaxt olduğunu düşünüb razılaşdım”.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN