Prezident MÜHÜM sərəncam İMZALADI

0
16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 

 

 

Sfera.az xəbər verir ki, sərəncamda deyilir:

 

 

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

 

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

 

 

 

“general-leytenant” hərbi rütbəsi

 

 

general-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə

 

 

 

“general-mayor” hərbi rütbəsi

 

 

 

polkovnik Həsən Əli oğlu Əlövsədova

 

 

 

polkovnik Vilayət Bərxuda oğlu Quluyevə”.