18.4 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Azərbaycanda siqaret bahalaşdı – Yeni qiymətlər

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb. 

 

Qaynarinfo-nun məlumatına görə, bütün növ siqaretlərin qiymətində 0.20-0.50 qəpik bahalaşma qeydə alınıb. 

 

“Sobranie” siqaretinin qiyməti 30-50 qəpik, digər növ siqaretlər 0.20 qəpik qiyməti artırılıb.

 

Qeyd edək ki, bu ilin yanvarın 1-dən Vergi Məcəlləsinə edilən dəyişiklik qüvvəyə minib. Qanuna əsasən, yanvarın 1-dən aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilib.

 

Əhməd


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN