Qadınları maraqlandıran bu mövzu ilə bağlı ginekoloq Mehriban Musayevadan açıqlama alıb.
– Hamiləlik zamanı cinsi əlaqədə olmaq çanaq dibi əzələləri və uşaqlıq üçün yaxşı gimnastikadır. Buna görə də hamilə qadınların sekslə məşğul olmaları onların doğuşa hazırlaşmalarına komək olur.
– Amma bəzi hallarda bu zövqdən imtina etmək tələb olunur. Buna səbəb cinsi əlaqədə olmağın çox zaman hamiləlik üçün təhlükə yaratmasıdır.
– Dölün düşük təhlükəsi olarsa, həmçinin, USM müayinəsi zamanı ciftin aşağıda yerləşdiyi müəyyən edildikdə cinsi əlaqəyə icazə verilmir.
– Hamiləliyin son 3 ayında da cinsi yaxınlıq təhlükəli hesab edilir. Əks halda dölün düşməsi, vaxtından əvvəl doğuş, qarında ağrılar, qanlı axıntı, dölətrafı mayenin axması, ciftin qopması, cinsi sistemdə iltihablaşma, zədələnmə kimi problemlər meydana gələ bilər.
– Hamilə qadınlar mütləq ginekoloqla məsləhətləşməlidirlər. Əgər həkim cinsi əlaqənin hamiləliyə və dölə zərər vuracağını bildirərsə, onda bundan tamamilə imtina etmək məsləhətdir.
Unutmaq olmaz ki, hər bir qadının orqanizmi individualdır.
Medicina.az