30-dan çox ZƏLZƏLƏ – Binalar dağılıb, yanğın və yaralılar var

0
32

Yaponiyanın İşikava prefekturasındakı təbii fəlakət 1885-ci ildə müşahidələr başlayandan bəri bölgədəki ən güclü zəlzələdir.

Bizimlider.az pravda-ya istinadən xəbər verir ki, bu barədə yaponiyalı seysmoloqlar məlumat yayıblar.

Həmçinin, Yaponiyada 18 mindən çox insanın həyatına son qoyan 2011-ci ildəki 9 bal gücündə zəlzələdən sonra ilk dəfə sunami təhlükəsi elan edilib.

Qeyd edək ki, Yaponiyada böyük sunami təhlükəsi artıq aradan qaldırılıb, lakin zəlzələlərə görə kiçik sunami təhlükəsi hələ də qalmaqdadır. Belə ki, Honsyu adasının şimal-qərb sahillərinə hündürlüyü 3 m-ə çatan dalğalar gözlənilir, bir sıra ərazilərdə isə artıq hündürlüyü 1,2 m-ə çatan sunami baş verib.

Yeri mediada yayılan məlumata görə, Vacima şəhərində ardıcıl zəlzələlərdən sonra güclü yanğın baş verib.