Türkiyədə tələbələrin kütləvi zəhərlənməsi qeydə alınıb.
Bakıvaxtı.az-ın “Haber Global”a istinadla məlumatına görə, hadisə Isparta Yalvaçda tələbə yatazxanasında qeydı alınıb. Belə ki, yataqxanasında qalan tələbələrdən 110-u yedikləri yeməkdən zəhərləndiyi şübhəsi ilə xəstəxanalara yerləşdirilib.
Əldə edilən məlumata görə, yataqxanada qalan tələbələrdə axşam yeməyində lobya, plov yedikdən sonra ürəkbulanma və qusma olub. Təcili yardım müdaxiləsi ilə tələbələr qida zəhərlənməsi şübhəsi ilə Yalvaç Dövlət Xəstəxanasına aparılıb.
Tələbələrin sağlamlıq durumlarının yaxşı olduğu bildirilir.
Nərgiz Məmmədli