Yağışlı havada FACİƏ! 4 yaşlı uşaq maşın altında qaldı

0
42

Bakıda 4 yaşlı uşağın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Hadisə Səbail rayonu, 20-ci Sahə, Yüzbəy Mürsəlov küçəsi 37 ünvanının qarşısında qeydə alınıb.

Belə ki, yaşadığı evin qarşısında 2012-ci il təvvəllüdlü Tunar Məmmədlini avtomobil vurub.

Xəsarət alan uşaq hadisəni törədən sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

 

Yaralının vəziyyəti orta-ağırdır.

 

Faktla bağlı araşdırma aparılır/report/