15.2 C
New York
Bazar ertəsi, Aprel 21, 2025

Buy now



Azərbaycan və Misir müdafiə nazirləri hərbi əməkdaşlığı müzakirə ediblər

“EDEX 2023” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Misirdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu ölkəyə səfəri davam edir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Misir Ərəb Respublikasının müdafiə naziri general-polkovnik Mohamed Ahmed Zaki ilə görüşüb.

Azərbaycanın Misirdəki Fövqəladə və Səlahiyyətli səfiri Elxan Poluxovun da iştirak etdiyi görüşdə ölkələr arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

 

Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN