Məlum olduğu kimi, Azərbaycan taxıl idxal etdiyi ölkələrdən biridir. Bəs, bu qərar ölkəmizdə taxılın və çörəyin ucuzlaşmasına səbəb ola bilərmi?
Referans.az xəbər verir ki, bu barədə Tribunainfo.az-a açıqlama verən iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, Rusiya Federasiyanın buğda və taxıl ixrac rüsumlarında tətbiq edəcəyi güzəştlər ölkəmizdə də taxılın və xüsusi ilə də çörəyin qiymətinə təsir edəcəyi gözlənilir:
“Lakin daşınma xərclərinin, xüsusi ilə yanacağın qiymətindəki artımı da nəzərə almaq lazımdır. Ümumiyyətlə, qida sektorunda bir dəfə qiymət artdısa enmir. Çörəyin qiymətində bəzən olub, oda ki, 5 qəpik. Buğdanın və yanacağın qiymətində artım olan kimi çörək zavodları qramı endirirdi. Ehtimal ki, hal-hazırkı vəziyyətdə qramı qaldırsınlar. Lakin qiymətlərdə dəyişiklik gözlənilmir. Digər tərəfdən il sonu yaxınlaşır, yeni ildən əmək haqqı və təqaüdlərdə, qida sektorunda qiymət artımı gözlənilir, bu səbəbdən də balans pozula bilər”.