TƏCİLİ ELAN! Qadın və kişi işçilər axtarılır: MAAŞ 1700 AZN

0
41

Global Mining

 

Satınalma üzrə menecer

 

 

Son tarix 17 dek 2023 – [email protected]

 

Vəzifə öhdəlikləri:

Daxili və xarici bazar araşdırmalarının aparılması və satınalma analizlərinin həyata keçirilməsi

Xarici ölkələrdən malların vaxtında alınması, ölkəyə çatdırılması, (yazışmaların və danışıqların aparılması) ;

Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi

Sifariş olunmuş malların vəziyyəti ilə maraqlanır, onların düzgün daşınması və çatdırılması işini təşkil edir, hər hansı bir maneələr olarsa rəhbərliyi məlumatlandırır

Satınalma müqavilələrin tərtibatı və detallara diqqət yetirilməsi; 

Müvafiq işlərlə bağlı rəhbərliyə hesabatların təqdim edilməsi

Razılaşdırılmış ticari şərtlərin icraatına nəzarət

Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi; 

Təchizat sahəsində sənəd dövriyyəsinin təşkili və aparma bacarığı; 

Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;

Məsuliyyətlilik, qərar vermə və problem həll etmə, planlaşdırma və təşkil etmə, komandada işləmə bacarıqları;

Tədarükçülərlə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması;

Sənaye və ağır tonajlı texnika və nəqliyyat təchizatında təcrübənin olmasına üstünlük verilir

Namizədə tələblər:

İş təcrübəsi : 5 ildən artıq

Kompüter biliyi: MS Office (Word, Excel);

Dil bilikləri: rus dili və ingilis dili (hər iki dili mükəmməl bilməsi arzuolunandır)

Güclü şifahi ünsiyyət qurmaq bacarığı

Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;

Stressə davamlılıq, xoş və səliqəli görünüş

Vəzifə öhdəliklərini vaxtında yerinə yetirmək

25-40 yaş aralığı;

Cins : Xanım və bəy

İş şəraiti: 

İş qrafiki: Həftə ərzində 5 gün iş, 2 gün istirahət

İş vaxtı: 09:00 – 18:00

Könüllü tibbi sığorta ilə təmin edilir;

Əmək haqqı- 1500-1700 AZN (net);

Əmək Məcəlləsinə uyğun işə qəbul

Vakansiya ilə maraqlanan uyğun namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Satınalma üzrə menecer” qeyd etməklə göndərə bilərlər.