14.7 C
New York
Bazar ertəsi, May 19, 2025

Buy now



Təhsildə artan repetitorluq fəaliyyəti – Sertifikasiyaya cəlb edilə bilərlər

Son dövrlərdə müəllimlərin şagirdləri repetitorluğa cəlb etməsicəmiyyətdə haqlı narazılığa və etiraza səbəb olur. Əksərmüəllimlərin dərsdən əlavə müəllimliklə – repetitorluqla məşğulolması təhsil sisteminin ən aktual problemlərindən biridir. Buməsələ dəfələrlə gündəmə gəlib ki, müəllimlər əsas dərs saatındaşagirdlərə lazımi bilikləri vermir, bununla da şagirdləri əlavəsaatlarda hazırlıqlara sövq etmiş olurlar.

Elm və təhsil naziri Emin Əmrullayev cari ildəjurnalistlərə açıqlamasında qeyd edib ki, repititorluq ləğv ediləbilməz, yalnız tənzimlənə bilər.

“Repetitorluq sahibkarlıq fəaliyyətidirsə, onun hansısa iqtisadiyönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması iləbağlı təkliflər olsun ki, biz onu dəyərləndirək”, – deyə nazirəlavə edib.

Bəs repetitorluq fəaliyyəti necə tənzimlənə bilər? Onlarüçün xüsusi sertifikasiya prosesi yaradılmalıdır mı?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayarkən təhsileksperti Kamran Əsədov bildirib ki, artıq cəmiyyətdə ali məktəblərəhazırlığın repetitor vasitəsilə aparılması ənənəsi möhkəmlənib.İndi valideynlər təkcə yuxarı sinif şagirdlərini deyil, ibtidaisiniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanınahazırlığa göndərirlər. Hazırda Bakı şəhərində repetitorluqla məşğulolan müəllimlər bir şagirdi 50-150 manata, hazırlıq kursları isə150-250 manata hazırlaşdırırlar.

 

“Repetitorların vergi ödəməsi qanunidir və gəlir əldə edən hərbir şəxs buna görə vergi ödəməlidir. Əslinə prosesə 2020-ci ilinaprel ayında başlanılıb. Belə ki, pandemiya dövründə azad hərəkətetmək üçün portaldan icazə almaq lazım idi və buna görə dərepititorlar müvafiq qurumdan qeydiyyatdan keçməli idilər.

Hal hazırda hazırlıq kursları hüquqi şəxs kimi qeydiyyata alınırvə vergiyə cəlb olunurlar. Ancaq orada işləyən müəllimlərinmüqaviləsinin olması, əmək haqlarının vergiyə cəlb edilməsi barədəproblemlər mövcuddur. Əsas məsələ məhz qeydiyyatsız formada özevində və ya başqa məkanlarda fəaliyyət göstərən repititormüəllimlərin vergiyə və sertifkasiyaya cəlb olunmasıdır”, – deyə obildirib.

Ekspert həmçinin əlavə edib ki, repetitorlar indiki vəziyyətdəvergi ödənişindən kənardadırlar.

“Bu sahəyə demək olar ki, nəzarət yoxdur. Kim istəsə bir otaqgötürüb 3-5 parta qoyur və başlayır dərs deməyə. Nə təhlükəsizliyəzəmanət var, nədə keyfiyyətə. Hesab edirəm ki, repititorfəaliyyətinin leqallaşması, rəsmiləşdirilməsi üçün bu sahəyəlisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bugün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidmətigöstərirlər. Ona görə də Elm və Təhsil Nazirliyi, Dövlət İmtahanMərkəzi , Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial müdafiəsinazirliyinin mövcud olacağı bir komisiya yaradıb, orda təhsilxidmətləri göstərənlər yoxlanılmalı və fəaliyyət icazəsiverilməlidir.

Çoxları deyir ki, müəllim bütün ili repititor kimi məşğul olmur,aylar ürə müxtəlif xidmət haqqı alırıq, bir çox şagirdi pulsuzhazırlaşdırırıq. Rüb ərzində gəlir əldə etdiyini məbləğin 2 və ya 4faiz vergisini ödəyirsiniz. Misal üçün bir ay 500, o biri ay 400,3-cü ay 800 manat repititorluqdan gəlir əldə etmisiniz. 3 aylıqgəliriniz toplanır (500+400+800 =1700) onun 2 – 4 faizini vergikimi ödəyirsiniz. Əgər gəlir əldə etmirsinizsə vergi bəyənnamənizi0-la verə bilərsiniz. Deyəcəksiniz ki, kim müəyyən edəcək ki, mənnə qədər şagird hazırlayıram, nə qədər pul alıram. Bunu müəyyənetmə mexanzmi var, kassa və ya ödəmə qəbzi. Amma bu repetitorluğatətbiq edilmir”, – deyə o qeyd edib.

K.Əsədov vurğulayıb ki, heç kim dəqiq gəlirinin vergisiniödəmir.

“Qalıb bu insanların insafına. Sadələşdirilmiş vergi ödəyicisikimi nə qədər qazandığınızı qeyd etsəz, onun 2 – 4 faiziniödəyəcəksiz. Bunun sizin üçün faydası çoxdur. Bankdan kreditgötürəndə, təqaüdə çıxanda ödədiyiniz vəsaitlər sizə qayıdacaq.Müəllimlər yanlış olaraq narhatdırlar”, – deyə o bildirib.

 

Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN