Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atom bombasının mövcudluğunu ölkəsinin təhlükəsizliyinə təhdid hesab edir.
Editor.az xəbər verir ki, bununla bağlı o, BMT Təhlükəsizlik Şurasında və Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) çıxış edəcək. “İsrailin atom bombası var, biz müvafiq orqanlara şikayət etmişik və bunu davam etdiririk.
Türkiyə də daxil olmaqla, bütün regionun təhlükəsizliyini təhdid edən bu məsələ ilə bağlı həm BMT Təhlükəsizlik Şurasında, həm də MAQATE-də təşəbbüs göstərəcəyik”, – deyə Ərdoğan Əlcəzairdə keçirilən biznes forumda çıxışı zamanı bildirib.
Türkiyə lideri HƏMAS-la müharibə başlayandan sonra İsraili fəal şəkildə tənqid edir. O, bu yay İsraildə nüvə silahının olub-olmadığını yoxlamaq zərurətindən danışıb. MAQATE İsraili iki dəfə, 1998 və 2004-cü illərdə yoxlayıb.