14.2 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



İtaliyalı nazirin park açılışına görə istefasını tələb etdilər

İtaliyada kənd təsərrüfatı naziri Françesko Lollobrigidanın istefasını tələb ediblər.

“Unikal” xəbər verir ki, buna səbəb parkın açılışına gecikdiyi üçün qatarı dayandırıb. 

Sürətli qatar marşrutunda yaranan nasazlıq səbəbindən İtaliyanın kənd təsərrüfatı naziri qrafikdən təxminən iki saat geri qalıb. Neapol ətrafında yeni şəhər parkının açılışına vaxtında gəlmək üçün dəmir yolu rəhbərliyi qatarın marşrutda planlaşdırılmamış dayanmasına icazə verib.

Il Fatto Quotidiano qəzetinin mənbələri bildirib ki, “təcili dayanma” xüsusi olaraq Lollobrigida-nın ehtiyacları üçün edilib. Bundan sonra nazir və onun əməkdaşlarından bir neçə nəfər polisin müşayiəti ilə avtomobilə minib.


Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN