Bakı, 22 noyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov “Şirvan” gömrük postunda mövcud vəziyyətlə tanış olub.
DGK-dən AZƏRTAC-a bildirilib ki, komitə sədri postda gömrük işinin təşkili proseslərini izləyib, xidmət səviyyəsinin yüksəldilməsi, proseslərin asan, sürətli və şəffaf qaydada həyata keçirilməsi, vətəndaş, sahibkar məmnuniyyətinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.