14.2 C
New York
Bazar, Aprel 20, 2025

Buy now



“ABŞ Qafqazda qalib gələcək” – Qabil Hüseynli

“Gürcüstan Fransa silahlarının öz ərazisindən Ermənistana daşınmağa icazə verdi. Ardınca Gürcüstanın müdafiə naziri İrəvana getdi, oradakı danışıqlardan sonra hərbi sənədlər də imzalandı. Bütün bunlar göstərir ki, Gürcüstanı üzvlüyə namizəd kimi qəbul etmək istəyən Avropa Birliyi indi Ermənistana bu statusu vermək istəyir”.
 
Bunu politoloq Qabil Hüseynli Bakupost.az -a bildirib.
 
Onun sözlərinə görə, bölgədə qüvvələrin parçalanması və yenidən birləşdirilməsi prosesi gedir:
 
“Proses mürəkkəbdir, amma gedişatda o qüvvələr qazanacaq və önə keçəcək ki, onların resursları çoxdur və tükənməzdir. Resursları çox olanlar bu mübarizədə qalib gələcək və bölgədəki yerlərini gücləndirəcəklər. İndiki halda belə bir güc kimi ABŞ və ya NATO görünür”.

Bunlar da sizə maraqlı ola bilər

ƏN SON PAYLAŞILAN